Bazar ertəsi, 13 May

Yaxın günlərdə toylara icazə veriləcək?- Rəsmi münasibət  

image

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin azalması və vaksinasiyaya başlanılması pandemiyaya görə tətbiq edilən qadağalarn yumşalmasına səbəb olub. Artıq ötən gün məscidlər, idman zalları, böyük AVM-lər öz fəaliyyətini bərpa edib. Lakin toyların keçirilməsi ilə bağlı tətbiq edilən qadağalar hələ də qüvvədə qalır. Zaman-zaman sosial şəbəkələrdə toylara icazə veriləcəyi barədə məlumatlar paylaşılsa da, hələ ki, bu iddialar özünü doğrultmayıb. Ötən gün də şəbəkə istifadəçiləri iyunun 12-də brifinq keçiriləcəyi və toylarla bağlı qaydaların açıqlanacağını iddia ediblər.

Bəs, həqiqətən toylara qoyulan qadağa aradan götürüləcəkmi? Hansı yeni qaydalar tətbiq ediləcək?

https://aftafa.tv/M0/1/2021/06/images/20210611_150027_1623409227_ab05d1e7a3.jpg

İddialarla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. İ. Məmmədov bildirib ki, brifinqin nə zaman keçiriləcəyi, toylarla bağlı hansı qərarların veriləcəyi barədə məlumat yoxdur.

Bəs toylara qoyulan qadağa iqtisadiyyatımıza hansı ziyanları vurur?

Mövzu ilə bağlı danışan iqtisadiyyat yazarı Dünya Sakit bildirib ki, toylar qaydalar çərçivəsində keçirilməlidir:

“Koronavirus infeksiyası yayılmağa başladığı ilkin mərhələdə bütün dünyada toy, yas, kütləvi bayram tədbirləri, idman yarışları, hətta beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi belə qadağan edildi. Lakin zaman keçdikcə əksər ölkələrdə kütləvi bayram tədbirləri, yarışlar istisna olmaqla, digər tədbirlərin keçirilməsi bərpa olundu. Bu təcrübədən çıxış edərək, Azərbaycanda da əhalinin böyük önəm verdiyi toy məclislərinin keçirilməsi müəyyən qaydalar daxilində bərpa olunmalıdır. Bizim xalqımız toya çox böyük önəm verir: qadağaların tətbiq olunduğu dövrdə minlərlə gənc ailə qurmaq planlarını ertələməli olub. İndi bu məsələyə səthi baxmaq olar.

https://aftafa.tv/M0/1/2021/06/images/20210611_150021_1623409221_c1245aa750.jpg

Amma evlənmələrin azalması doğulan uşaqların sayında azalma, əhalinin gəncləşmə sürətinin aşağı düşməsi, 15-20 ildən sonra əmək bazarına daha az gənc işçi qüvvəsinin daxil olması deməkdir. Yəni bu vəziyyət demoqrafik problem yaradır.

Digər tərəfdən, toyların dayanması bir neçə baxımdan həm dövlət, həm biznes, həm də əhali üçün zərər verir. Toy Azərbaycanda iqtisadiyyatda hərəkətliliyi təmin edən mühüm amildir. Toya hazırlıq haradan başlayır - evlənənlərin yaşaması üçün ev alınması, yaxud olan evlərin təmirindən. Bu, tikinti, alqı-satqı sahəsində hərəkətliliyə gətirir. Daha sonra gəlinə qızıl-bəzək əşyalarının, geyimlərin, qız valideynləri tərəfindən isə cehizlik əşyaların – mebeldən tutmuş, çini qablara, elektronika əşyalarına qədər – alınması gəlir. Bundan əlavə, toylarda iştirak edəcək şəxslərin geyim alması da nəzərə alınmalıdır.

Bu, qeyri-ərzaq pərakəndə ticarətində, mebel, zərgərlik məmulatları istehsalında tələbatın yaranması, hərəkətlilik deməkdir. Daha sonra gəlir fotostudiya, gözəllik salonları kimi sahələrdə tələbin yaranması. Toy günü üçün şadlıq saraylarını, restoranların böyük işçi heyəti işləyir. Məclisdə süfrəyə qoyulan meyvə, içki, ət, digər məhsulları satan sahibkarlar da biznesin bir həlqəsini təşkil edir. Toyların yaratdığı tələbat kənd təsərrüfatı məhsullarının satış həcmlərini artırmaqla bu sahənin də inkişafına təkan vermiş olur. Həmçinin toya gəlib-gedənlərin istifadə etdiyi taksi xidmətləri var. Toy məclisində çıxış edən müğənnilər, tamadalar, rəqs qrupları və sairi də əlavə etdikdə, görün, toy nə qədər böyük biznes şəbəkəsi, işçi üçün iş, gəlir deməkdir”.

D.Sakit bildirib ki, bu yaz ölkədə kənd təsərrüfatı məhsullarının satış problemi əvvəlki illərə nisbətən daha kəskin oldu:

“Çünki tələbat yaradan toylar yoxdur. Bütün bunları nəzərə alaraq, müəyyən qaydaların tətbiqi ilə toylara icazə verilməsi lazımdır. Hətta bu məsələdə gecikmişik. Çünki indilik söhbət açıq havada toy məclislərinin təşkilindən gedir. Avqustun 5-də Məhərrəmlik ayı başlayıb, sentyabrın 20-si ərəfəsində bitəcək. Hamımız bilirik ki, Məhərrəmlikdə Azərbaycanda toy olmur. Sentyabrın 20-dən sonra isə açıq havada toy etməyə hava şəraiti imkan verməyəcək. Yəni faktiki olaraq, toy etmək üçün 2 aydan da az müddət qalır. Müddətin belə azlığı restoran, şadlıq sarayı sahiblərinin fürsətcillik edib qiymətləri hədsiz bahalaşdırmasına gətirəcək. Nəticədə aşağı imkanlı gənclərin toy arzusu yenə baş tutmayacaq. Bu baxımdan, açıq havada toyların təşkilini ən azı mayın ortalarından – Ramazan ayı başa çatan kimi icazə verilməliydi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00