Cümə, 19 Aprel

Şamil Basayevin silahdaşı həbs edildi – Moskvada əməliyyat

image

2000-ci ildə Çeçenistanda Pskov desantçılarına hücumun iştirakçılarından biri Moskvada həbs edilib.

Aftafa.tv xəbər verir ki, həbs edilən şəxs Çeçenistanın səhra komandiri olmuş mərhum Şamil Basayevin dəstəsinin üzvüdür.

Çeçen mücahid German Arbininin həbs olunması əməliyyatında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX), FTX-nin İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın zabitləri iştirak edib.

Xüsusi xidmət orqanları German Arbininin Pskov desantçılarına hücumda iştirakını təsdiq edən dəlil və sübutların olduğunu iddia edir. Bildirilir ki, çeçen mücahid silahlı üsyan və hərbi personalın həyatına təcavüz ittihamı ilə mühakimə edilə bilər.

Xatırladaq ki, Pskov desantçılarına hücum Çeçenistanın Arqun dərəsində baş verib. 29 fevral 2000-ci il tarixdə 76-cı Pskov hava-desant diviziyasının 104-cü alayının 6-cı taqımı ilə çeçen mücahidləri ilə döyüşə girib. Bu döyüşdə çeçen mücahidlərinə Şamil Basayev və Əmir Xəttab rəhbərlik edib.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28