Çərşənbə, 24 Aprel

Kəmaləddin Heydərovun şirkəti məhkəməyə verildi — Səbəb açıqlandı

image

“Gilan İnşaat” MMC məhkəməyə verilib. 

Xəbər verilir ki, iddiaçı “Veliev” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi “Gilan İnşaat” MMC-nin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir. Öhdəliklərin nədən ibarət olması barədə isə bilgi yoxdur. 

“Gilan İnşaat” MMC Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan şirkətlərin siyahısındadır. Şirkət “Gilan Holdinq”ə daxildir.

Holdinqin artıq Fövqəladə Hallar nazirinin nəzarətində olmadığı barədə iddialara səsləndirilir. Lakin bir müddət əvvəl Kəmaləddin Heydərovun nəzarətində olan şirkətlərin vergi borcu barədə məlumat yayılmışdı. Həmin məlumatda “Gilan” adı ilə başlayan və “Gilan Holdinq”ə daxil olan şirkətlərin hələ də Kəmaləddin Heydərovun nəzarətində olduğu qeyd edilib. Qarşı tərəf iddiaları təkzib etməyib.

Yeri gəlmişkən, “Gilan İnşaat” MMC-nin hazırda 37 517.80 AZN vergi borcu var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37