Şənbə, 04 May

“Orduda xaos hökm sürür” - Erməni deputat

image

Ermənistan Milli Məclisinin deputatı Qevork Qorqisyan orduda total xaos hökm sürdüyünü bildirib.

Aftafa.tv xəbər verir ki, o bu barədə parlamentdə suallar və cavablar sessiyasında müdafiə nazirinə müraciət edərkən bildirib. 

“Cəbhə xəttimiz lazımi səviyyədə təchiz olunmayıb, vəzifə şərtləri yersizdir. Hərbçiləri A nöqtəsindən B nöqtəsinə apara bilməzsiniz. Hərbi döyüş vəzifəsindən, döyüş mövqelərindən canlı yayıma çıxırlar. Çovğun zamanı itkin düşürlər. İnsanlara maaş verilmir. Bu xaos nə qədər davam edəcək, cənab nazir? Nə ilə məşğulsunuz ki, ordudakı vəziyyət belədir?",-deyə Qorqisyan qeyd edib.

Deputatın suallarına heç kim cavab verməyib. Ona müraciətini yazılı şəkildə təqdim etməsi tövsiyə olunub.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15