Cümə, 26 Aprel

Dünyada 2 milyard 120 milyon dozadan çox vaksin vuruldu

image

Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 2 milyard 120 milyonu ötüb.

Vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 763 milyon 70 min doza ilə dünyada liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan ABŞ-da 300 milyon 270 min, Hindistanda 231 milyon 322 min doza peyvənd vurulub. İlk onluğa, həmçinin Braziliya (71 milyon 430 min), Böyük Britaniya (67 milyon 280 min), Almaniya (54 milyon 240 min), Fransa (39 milyon 570 min), İtaliya (37 milyon 670 min), Meksika (34 milyon 460 min) və Rusiya (30 milyon 610 min) daxildir.

Əhalinin hər 100 nəfərinə düşən vaksin dozalarının miqdarına görə isə dünya üzrə ilk beşlikdə Seyşel Adaları (136,74), Birləşmiş Ərəb Əmirlikləri (134,41), San-Marino (126,51), Malta (123,80) və İsrail (122,39) yer alırlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33