Şənbə, 20 Aprel

Azərbaycanlı məmurların seks fantaziyaları - Birinci hissə

image

Vaxtaşırı mediada keçmiş məmurların şəxsi həyatları ilə bağlı maraqlı və bir o qədər də qəribə məlumatlara yer verilir. Biz isə bu dəfə daha da dərinə gedəcək və belə demək mümkünsə, keçmiş məmurlarımızın intim şərgüzəştlərinə nəzər salacağıq.

Üstəlik bu məmurların ortaq cəhəti bu cür şəxsi fantaziyalarını Azərbaycanda yox, əsasən gözdən könüldən iraq olduğunu düşündükləri xaricdə reallaşdırmalarıdır. Hətta absurd fantaziyalar baxımından onlar bir-biri ilə də rəqabət içərisindədir. Bəzi “xırda” məmurların az-çox bilinən fantaziyalarına bələd olsaq da, keçmiş nazirlərin “dəcəllikləri” bizi bir xeyri təəccübləndirdi.

Haqqında danışacağımız ilk məmur bir vaxtların səsküylü nazirlərindən biridir. Hər məmur kimi onun da vəzifə başında olduğu vaxtları olduqca “əyləncəli” keçirdiyini deyə bilərik. Xaricdə bahalı otellərdə fahişələrlə əylənən sabiq nazir, bu sektorun inkişafına önəmli töhfə verən şəxslərdən biri hesab olunur. Belə ki, otağına dəvət etdiyi fahişələrin ödənişini artıqlaması ilə verən nazir bu cür sadə əyləncələrlə də kifayətlənməyib, yeni macəralar axtarışında olub.

Əldə etdiyimiz məlumatlara görə, sabiq nazir otellərdən birində mükafat fondu 10 min dollar olan üzgüçülük yarışının təşkil olunmasını tapşırıb. İşin qəribə tərəfi isə bu yarışda iştirak edənlərin naziri əyləndirmək üçün otelə dəvət olunan fahişələr olmasıdır. Dəvət edilən eskort qızlar arasındakı 10 min dollarlıq mükafat uğurunda yarışı həvəslə izləyən keçmiş nazir, bu yolla daha da cüşa gəlirmiş.
Araşdırmamız nəticəsində hamınızın yaxşı tanıdığı, ancaq adını çəkmək istəmədiyimizin bir digər keçmiş nazirin də həmkarının seks fantaziyalarından heç də geri qalmayan əməllərə imza atdığını müəyyən etdik. Bu dəfə isə söhbət hansısa idman yarışından yox, tapmaca oyunundan gedir.

Belə ki, bir vaxtlar nazir postunu tutmuş bu şəxs bahalı otellərdən birində bütün gecəni əyləndikdən sonra gecələdiyi otaqdakı vazaların içərisinə, tabloların arxasına, balışın içərisinə, ayaqyoludakı şkafa, döşəyin altına, mini bara və televizor pultlarına pul gizlədirmiş. Pul dediyimizdə isə söhbət elə məmurun adına laiq, azı 2-5 min dollar arası məbləğindən gedir. Keçmiş nazir bu vəsilə ilə özündən sonra otağa yerləşəcək şəxslərə sürpriz etməyi hədəfləyirmiş.

Sadaladığımız faktlar adlarını çəkmədiyimiz şəxslərin seks fantaziyaları ilə bağlı dilə gətirilə biləcək olanlardır. Hadisələrin pərdə arxasında nələrin baş verdiyini isə etik normaları pozmamaq üçün dilə gətirmirik.
Araşdırmamız nəticəsində mövzu ilə bağlı bir çox faktlar əldə etdik və bu faktları hissə hissə siz dəyərli oxucularla paylaşacağıq

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20