Bazar ertəsi, 06 May

Donald Tramp indi də spiker olmaq eşqinə düşüb

image

Keçmiş prezident bununla Co Baydeni devirmək istəyir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp aktiv siyasi fəaliyyətini davam etdirəcəyini, bundan sonra da yüksək post uğrunda mübarizə aparacağını söyləyib.

Xəbər verilir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Ultrasağçı radioaparıcı Ueyn Allin Ruta müsahibə verən eks-prezident 2022-ci ildə Nümayəndələr palatasında keçiriləcək seçkilərdə işitrak etmək ehtimalını gözdən keçirdiyini söyləyib. Donald Tramp bundan sonra Konqresin aşağı palatasına rəhbərlik edərək Co Bayden barədə impiçment proseduruna başlamaq niyyətini açıqlayıb.

“Newsweek” bununla bağlı Trampın ofisinə müraciət edib, lakin heç bir cavab almayıb.

Hazırkı anda Nümayəndələr palatasında Respublikaçılar fraksiyasının rəhbəri Kaliforniya ştatından olan deputat Kevin Makkartidir. Əgər müxalifət partiyası 2022-ci ildə qalib gəlsə məhz onun spiker olacağı gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15