Şənbə, 20 İyul

"Çılpaq gecə" təşkil edən məşhur rusiyalı bloqerin hesabları bloklandı

image

Rusiya Federal Vergi Xidməti məşhur rusiyalı bloqer və teleaparıcı Anastasiya İvleyevanın hesablarını bloklayıb.

Məlumata görə, buna səbəb bloqerin vergi orqanlarına borcunun 11,3 milyon rublu (208 min manatdan çox) ötməsi olub. İvleyevanın hesabları iyunun 14-dən dondurulub.

Bloqer özü hələlik bu xəbərlə bağlı açıqlama verməyib.

Xatırladaq ki, İvleyeva ötən ilin dekabr ayının 20-də "çılpaq gecə" təşkil edib. Gecənin qaydalarına görə qonaqlar tədbirə yarıçılpaq gəliblər. Qonaqlar arasında Kseniya Sobçak, Anna Asti, Lolita Milyavskaya, Olqa Orlova, Filipp Kirkorov, Ciqan, Oksana Samoylova, Dima Bilan kimi ulduzlar olublar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15