Bazar ertəsi, 06 May

LGBT bayrağı ABŞ hökumətini iki yerə böldü – Pentaqondan açıqlama

image

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) LGBT icmasının bayraqlarının aktiv hərbi bazalarda nümayiş etdirməkdən imtina edib.

Xəbər verilir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi açıqlama verib.

O, Pentaqonun hərbi obyektlərdə qeyri-rəsmi bayraqların görünməməsi siyasətinə sadiq qalmağa davam edəcəyini bildirib.

“Bu qərar LGBT üzvü olan işçilərimizə hörmət və ehtiramımızı heç bir şəkildə təsir etməyək”, - Kirbi deyib.

CNN Pentaqonun qərarının ABŞ Dövlət Departamentinin mövqeyi ilə üst-üstə düşmədiyini qeyd edib.

Xatırladaq ki, Dövlət katibi Entoni Blinken ABŞ-ın diplomatik nümayəndəliklərinə LGBT bayrağını Amerika bayrağı ilə eyni dirəkdə qaldırmaq üçün icazə verib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin leytenantı Travis Açers mayın 4-də sosial şəbəkədə əllərinə LGBT bayrağı tutmuş homoseksual helikopter ekipaj üzvlərinin fotosunu paylaşıb. O, bunu “tarixi an” adlandırıb.

ABŞ Prezidenti Co Bayden yanvar ayında transgenderlər üçün hərbi xidmətdəki məhdudiyyətlərin ləğvi haqda fərman imzalayıb. Baydenin ləğv etdiyi qərar sələfi Donald Tramp tərəfindən verilmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15