Şənbə, 20 Aprel

Arutyunyan Gerasimova da zəng etdi: Yenə Zəngəzur...

image

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.

Aftafa.tv xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Telefon danışığı zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı, Rusiya-Ermənistan qoşunlarının birgə fəaliyyəti, Sünikin təhlükəsizlik problemlərinin həlli müzakirə olunub.

Tərəflər, həmçinin Ermənistan ordusunun modernləşdirilməsi və genişmiqyaslı reformlar məsələsinə toxunublar.

Arutyunyanla Gerasimov Rusiyanın yüksəkvəzifəli nümayəndə heyətinin Ermənistana səfəri barədə razılaşıblar.

Qeyd edək ki, Arutyunyan dünən Rusiya müdafiə naziri Sergey Şoyqu ilə danışmışdı.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20