Bazar ertəsi, 17 İyun

Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarlanıb

image

İşğaldan azad olunan ərazilərdə həftə ərzində tapılan silah-sursatın sayı açıqlanıb.

Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən Xocalı şəhəri ərazisində yabanı halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33