Cümə, 26 Aprel

Xanım İbrahimovanın diplomatik xidmətdən qovulmasının əsas səbəbləri - RƏSMİ

image

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Avropa səfərində ermənilərin öndə gedən nümayəndələri ilə görüşüb onlardan dəstək almağa çalışması diaspora amillinin nə qədər önəmli olduğunu bir daha gündəmə gətirib. Lakin Azərbaycan diplomatlarının uğursuzluqları bizim də diaspora  amilindən faydalanmağımıza mane olur.

Uğursuzluqdan danışarkən, yaxın həftələrə qədər Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Xanım İbrahimovanın rəzilliklərini xatırlamaq yerinə düşərdi.

Fəaliyyətindəki maxinasiya detalları ilə gündəmə gələn və 19 yaşından diplomatiya ilə məşğul olmağa başlayan İbrahimova İsveçrəyə səfir təyin olunmamışdan öncə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəlində müşaviri vəzifəsində çalışıb. Həmçinin Xanım İbrahimovanın Azərbaycan hökuməti tərəfindən “Dövlət Qulluğunda fəqlənməyə görə” medalı ilə təltif edilidiyini nəzərə alsaq, onun məsuliyyətinin nə qədər böyük olduğunu da görə bilərik. Xanım İbrahimovaya Avropaya sığınmış müxalifətçilərin onun fəaliyyət göstərdiyi ölkələrin dövlət rəsmiləri ilə əlaqələrini deşifrə etmək kimi önəmli vəzifə həvalə olunmuşdu.

Xanım İbrahimovanın səfirlikdən geri çağrılmasının əsas səbəblərindən biri öz vəzifə səlahiyyətlərini unudaraq, xalça biznesi ilə məşğul olması idi. Adı çəkilən şəxs Azərbaycan hökuməti tərəfindən İsveçrə hökumətinə hədiyyə olunması üçün göndərilən əl işi olan 500 min avro dəyərindəki ipək xalçanı mənimsəyərək İsveçrə hökumətinə sintetik xalça təqdim edib. Bəxşişə görə İsveçrə hökumətindən təşəkkür gözləyən Azərbaycan hökuməti heç bir xəbər gəlmədiyini gördükdən sonra səfirimizin etimadı necə doğrultduğunu ortaya çıxarıb.

Xanım İbrahimova biznes sərgüzəştlərindən əlavə, şəxsi həyatındakı mənfilikləri ilə də gündəmə gəlməyi bacarıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla olan macərası da məhz İbrahimovanın sonunu gətirən əsas amil olub.

Qeyd edək ki, Xanım İbrahimova səfirlikdən geri çağırıldıqdan sonra diplomatik xidmətdən qovulan nadir şəxslərdən biridir.

Evli olan Fuad Muradovun qayınatası İlham Məsiyev Xanım İbrahimovanın vəzifədən azad edilməsinin əsas memarlarındadır. Azərbaycanı təmsil etməklə vəzifələndirilən adı çəkilən şəxslərin “özəl fəaliyyətləri” haqqında şikayətləri nəticə verən Fuad Muradovun qayınatasının gördüyü işlər nəticəsində İbrahimovanın karyerası başa çatıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33