Cümə, 03 May

Bu şagirdlərlə bağlı tədbir görüləcək? - VACİB AÇIQLAMA

image

Azərbaycanda 700-dən çox məktəbli psixiatrlara yönləndirilib. Bu barədə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin tətbiqinə dair keçirilən mətbuat konfransında deyib.

Məktəblilər arasında xoşagəlməz halların baş verməsi və belə statistika heç də ürəkaçan deyil. Bəs çarə nədir?

Bununla bağlı psixoloq-pedaqoq Zeynəb Əyyubova “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, yarımçıq ailələrin uşaqlarında bu cür problemlər özünü daha çox göstərir:

“Bu gün uşaqlar, məktəblilər arasındakı ən əsas problemlərdən biri inkişaf ləngiməsidir. Məsələn, 7 yaşlı uşaq özünü 5 yaşda kimi aparır, bu yaşın standartlarına cavab verir. Bu problemlərlə yanaşı, aqressiv ailələrinin uşaqları məktəbə gedəndə də evdəki gərginliyi yansıtmağa başlayırlar və nəticədə şagirdlər arasında aqressiya baş qaldırır. Bəs hansı ailələrin uşaqları ən çox aqressiv davranışlar sərgiləyirlər? Bu hal daha çox boşanmış, yarımçıq ailələrdə özünü büruzə verir. Belə uşaqlar adətən həyata küskün olurlar. Həmin xarakter də aqressivliklə müşaiyət olunur. Məktəblilər arasında bu qədər gərginliyin olması evdə düzgün tərbiyənin aşılanmamasıdır. Valideyn uşağa deyir ki, kimsə səni vurursa, sən də vur. Belə dedikcə, əlbəttə ki, şiddətin də dozası artır”.

Psixoloq aqressiv şagirdlər barədə ciddi tədbirlər görmək lazım olduğunu vurğulayıb:

“Bu məsələdə istər valideyn, istərsə də məktəbin üzərinə ciddi məsuliyyət düşür. Davranış pozuntusu olan şagirdi tədris müəssisəsi müəyyən etməlidir. Daha sonra onu psixoloqa, psixiatra, davranış uzmanlarına yönləndirmək lazımdır. Beləliklə, məktəbdə anormal hadisələrin, zorakılığın, problemli uşaqların sayı azalacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15