Cümə axşamı, 02 May

Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

image

Yaz aylarında bəzi məhsulların qiymətində ucuzlaşma və bahalaşma müşahidə olunur. Bu tendensiya xüsusən meyvə və tərəvəzlərdə özünü daha qabarıq göstərir. Buna səbəb nədir? Hazırda bazarda hansı məhsulların qiyməti ucuzlaşmaqdadır?

Məlumata görə, iqtisadçı-ekspert Akif Nəsirli açıqlamasında qiymətin fəsilə görə dəyişdiyini bildirib:

“Əksər məhsullar nübar məhsullardır. Bol olan kənd təsərrüfatı məhsulları zamanla ucuzlaşacaq. Məsələn, çiyələk ilkin mərhələdə baha olacaq, lakin bollaşdıqca ucuzlaşacaq. Göy-göyərti, soğan, sarımsaq, pomidor, xiyar da bu sıraya daxildir.”

Ekspert mövsümi meyvələrin hələ satışa çıxmadığını vurğulayıb:

“Bazarlarda satılan meyvələr keçən ilki məhsullardır. Yeni meyvələr bağlarda yetişmədiyi üçün satışa çıxarılmayıb. Bu səbəbdən də yeni məhsullar satışa çıxarılana qədər bazarda bahalaşma müşahidə ediləcək. Mövsümi meyvələr bazara çıxarıldıqca qiymətlərin aşağı düşməsi gözlənilir. Həmçinin burada məhsulun bol olması da rol oynayır ki, qıtlıq olmadığı təqdirdə mövsümü meyvələrin qiyməti ucuzlaşacaq. Bundan əlavə olaraq süd və süd məhsullarında da qiymət dəyişikliyi gözlənilir”.

A.Nəsirli alma, armud, portağal kimi meyvələrin qiymətinin bahalaşacağını da vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15