Çərşənbə axşamı, 23 Aprel

Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb? – Akopyan

image

Ermənistan Baş nazirinin Su-30-la bağlı “təyyarələri siz alardınız (keçmiş hökumət), raketlər bizə qalardı” bəyanatı uşaqlıqdır.

Aftafa.tv xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının sabiq rəisi Movses Akopyan deyib.

“Bu o deməkdir ki, ailənin hansısa üzvü uşaq üçün velosiped, digəri isə detallarını almalıdır”, – deyə o bildib.

Akopyana görə, Su-30 təyyarələri üç funksiyanı icra etməliydi, lakin Ermənistanda olan Su-30-larda bir funksiya çalışmayıb. O, məhz bunun üçün Su-30-ların havaya qalxmadığını bildirib:

“Ümumiyyətlə, biz gərək aviasiyamızın istifadəsinə diqqət yetirək. Ordumuzun aviasiyasına kifayət qədər böyük məbləğ xərclənib. Təkcə bu təyyarələrin yanacağına bütün ordu üçün nəzərdə tutulandan daha çox pul gedib. Bizim aviasiya personalımızın əmək haqqı bütün 3-cü ordu korpusunun maaşından çoxdur. Bu pullar ordunun büdcəsindən kəsilərək aviasiyaya xərclənib. Bəs niyə o tətbiq edilməyib? Bizim personalımız haradadır? Təyyarələrimiz məhv edilib”.

Bununla bərabər o, “İsgəndər”lərin Azərbaycana qarşı istifadə edildiyini deyib:

“İsgəndər”in tətbiqi faktdır. “İsgəndər” partlamaya bilməzdi”.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37