Çərşənbə, 01 May

Bəzi yerlərə yağış, dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

image

6 aprel saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, aprelin 5-i axşamdan 6-sı səhərədək bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda 1 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 10 mm, Gədəbəydə 9 mm, Daşkəsəndə 7 mm, Göygöl, Şəkidə 5 mm, Gəncə, Şahdağda 3 mm, Şəmkir, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Qusar, Quba, Qrız, Xınalıq, Mingəçevir, Xaçmaz, Yevlax, İmişli, Sabirabad, Naftalanda 2 mm-dək olub.

Qrız, Daşkəsən, Şəkidə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23-27 dərəcə, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 13-17 dərəcəyədək isti olub.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15