“Bir ay ərzində Rusiya 400-dən çox raketlə hücum edib” - Zelenski
“Bir ay ərzində Rusiya 400-dən çox raketlə hücum edib” - Zelenski
Rusiya bir ayda Ukraynaya 400-dən çox raketlə hücum edib.
Xəbər verilir ki, bunu Ukrayna lideri Volodimir Zelenski sosial media hesabından etdiyi paylaşımda bildirib.
“Rusiya ordusu təkcə mart ayında Ukraynaya qarşı hücumlarda 400-dən çox müxtəlif tipli raket, 600-dən çox “Şahed” tipli PUA və 3 mindən çox idarə olunan bombadan istifadə edib. Ukraynanın müxtəlif şəhər və kəndləri bundan zərər görür. Adi evlərə hər gün ziyan dəyir. Ukraynada şəhərlərimizi yenidən təhlükəsiz edə biləcək etibarlı hava hücumundan müdafiə sistemləri olduqda bunların heç biri baş verməyəcək. Bu, şəhər və icmalarımız üçün vacibdir”,- deyə o qeyd edib.
Azadsoz.com