Cümə, 03 May

Türkiyənin ən gənc bələdiyyə sədrinin adı məlum olub – Tanınmış iş adamının qızıdır

image

Ötən gün Türkiyədə baş tutan yerli idarəetmə orqanlarına seçkilərdə qalib gələn 22 yaşlı Zeynep Çelik ən gənc bələdiyyə sədri ünvanını qazanıb.

Xəbər verilir ki, müstəqil namizəd olan Z. Çelik Çanaqqalada Yenice bölgəsinə daxil olan Kalkımın bələdiyyə sədri seçilib.

Qeyri-rəsmi nəticələrə görə, Çelik cəmi 1983 seçicisi olan Kalkım qəsəbəsində səslərin 47,91 faizini toplamağı bacarıb. O, 40 faiz səs toplayan Hakim Ədalət və İnkişaf Partiyasının namizədi İbrahim Taşkını geridə qoyub.

5 il Kalkım qəsəbəsinin bələdiyyə sədri olacaq Zeynep Çelik ona dəstək verən insanlara təşəkkür edib.

“Birlikdə səylərimiz və dualarımızla başladığımız bu yolda dəstəyinizə görə sizə çox təşəkkür edirəm. Kalkıma dəyər verməyi önümüzdəki 5 il ərzində özümə borc bilərək sizlərə layiqli xidmət göstərəcəm. Bu uğur hamımızındır”,-deyə o bildirib.

Qeyd edək ki, Z. Çelik Yenicedə tanınmış iş adamı Mehmet Çelikin qızıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15