Cümə axşamı, 02 May

Bu ərazilərdə qazın verilməsində fasilələr yaranacaq

image

Bu gün Suraxanı rayonu Bülbülə qəsəbəsində və Sumqayıt şəhəri Təzə Corat və Köhnə Corat adlanan ərazilərdə qazın verilməsində fasilələr olacaq.

Xəbər verilir ki, buna səbəb adıçəkilən ərazilərdə təmir işlərinin aparılmasıdır.

Belə ki, “Təmiz Qaz” QSC tərəfindən aşkarlanan sızmalar, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə bu gün 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15