Çərşənbə axşamı, 14 May

Kriminal avtoritetin qardaşı qətlə yetirildi

image

Erməni kriminal avtoritet Artur Asatryanın (Don Pipo) qardaşı Eçmiədzində qətlə yetirilib.

Qətl Zvartnots məhəlləsində körpünün yaxınlığında baş verib, Asatryanın qardaşı odlu silah yaralarından dünyasını dəyişib.

Ermənistan İstintaq Komitəsinin araşdırmasına görə, ehtimal olunan cinayətkar Marqara-Zvartnots yolunda, Yerevan - Eçmiədzin körpüsündən 400 m. aralıda qətlə yetirmək məqsədilə Asatryanın olduğu “Lexus 570” istiqamətində atəş açıb. Bundan sonra o, avtomobili yandırıb və hadisə yerindən qaçıb. “Lexus”un sürücüsü aldığı yaralardan həyatını itirib.

Don Piponun özü istintaq altındadır. O, insan oğurluğunda, eləcə də qanunsuz silah əldə etməkdə və saxlamaqda şübhəli bilinir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00