Şənbə, 04 May

Tanınmış həkim işdən çıxarıldı - “Hanı bəs əmək müqaviləsi?!” 

image

Tanınmış həkim Aydın Əliyev iş yerini itirib. A.Əliyev “İstanbul” klinikasında tutduğu vəzifədən uzaqlaşdırılıb. 

Xəbər verilir ki, həkim bu barədə özünün “Facebook” hesabında məlumat verib. İşdən çıxarılmasına etiraz edən Əliyev belə yazıb:

“İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?!” 

Qeyd edək ki, Aydın Əliyev bir neçə gün əvvəl həbs olunan hüquqşünas Ələsgər Məmmədlinin yaxın qohumudur. Onun Ə.Məmmədlini müdafiə etdiyi üçün klinika rəhbərliyinin qəzəbinə tuş gəldiyi güman edilir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15