Bazar ertəsi, 06 May

Ədviyyatların bilinməyən FAYDALARI

image

İspaniyanın Saraqosa Universitetinin alimləri qara zirə (çörəkotu), darçın, zəncəfil və zəfəranın 2-ci tip şəkərli diabeti olan insanlarda acqarına qan şəkərinin səviyyəsini azalda biləcəyini müəyyən ediblər.

Məlumata görə, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Qeyd olunur ki, elmi iş 3050 nəfərin iştirak etdiyi 77 tədqiqatın sistemli icmalı və daha 45 tədqiqatın meta-analizidir.

Alimlər 2-ci tip diabetdə müxtəlif dozalarda ədviyyat və otların qan şəkərinə və insulin konsentrasiyasına necə təsir etdiyini öyrənməyə çalışıblar.

Təhlillərə daxil edilən bəzi tədqiqatlar göstərib ki, darçın əlavələri aclıq zamanı qan şəkərinin səviyyəsini bir qədər azalda bilər.
Ümumiyyətlə, qara zirə, zəfəran, zəncəfil ən güclü antiqlisemik xüsusiyyətlərə malikdir.

Alimlərin müşahidələrinə görə, zəncəfil qanda şəkərin səviyyəsini normallaşdırmaqla yanaşı, orqanizmdə insulinin - karbohidratların, yağların (lipidlərin) və qlükoza mübadiləsini tənzimləyən hormonun səviyyəsini də azalda bilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15