Bakı metrosunda gediş haqqı artırılacaq? - RƏSMİ CAVAB
Bakı metrosunda gediş haqqı artırılacaq? - RƏSMİ CAVAB
Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.
Xəbər verilir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bildirib.
O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib:
"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".
Azadsoz.com