Cümə axşamı, 02 May

Bu rayonlara prokurorlar təyin edildi - YENİLƏNİB

image

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

Xəbər verilir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin edilib.

Xəbəri rus dilində oxuyun: XXI век: вода по расписанию

Qeyd edək ki, E. Kərimov Qubadlıda anadan olub. O, 14 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

***

Baş prokuror Kamran Əliyev, həmçinin daha 4 rayona prokurorlar təyin edilməsi ilə bağlı əmrlər imzalayıb.

Əmrlərə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyinat alıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15