Cümə, 03 May

Şolts Rusiyanın qələbəsinə kömək edir - Alman jurnalist 

image

Almaniya kansleri Olaf Şoltsun mövqeyi Ukraynanın darmadağın edilməsinə səbəb olacaq. 

Xəbər verilir ki, bunu X sosial şəbəkəsində (keçmiş Twitter) alman jurnalist Julian Repke bildirib.

“Aydındır ki, Olaf Şolts Ukraynanı Rusiya Kiyevə çatana qədər dəstəkləmək istəyir”, - deyə öz fikrini bölüşüb.

Repkenin fikrincə, bu yanaşma keçmiş sovet respublikasının qələbəsi deyil, məğlubiyyətinə üçün uğurlu strategiyasıdır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın NATO-nun hərbi-siyasi blokunun üzvü olan ölkələrə hücum etmək fikrində olmadığını bildirib. Rusiya lideri eyni zamanda qeyd edib ki, Qərb dövlətləri Rusiya Federasiyasının strateji məğlubiyyətinin mümkünsüzlüyünü dərk etməyə başlayıblar, ona görə də gələcək addımlar barədə düşünməlidirlər. Putin Moskvanın dialoqa hazır olduğunu bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15