Cümə axşamı, 02 May

Rusiya Türkiyəyə hərbi əməkdaşlıq təklif etdi

image

Rusiya beşinci nəsil qırıcı - “Kaan” ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.

Xəbər verilir ki, bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib.

Onun sözlərinə görə, Moskva əməkdaşlığa hazırdır:

“Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”.

Bundan əvvəl Ukrayna da “Kaan”la bağlı Türkiyəyə müraciət etmişdi.

Xatırladaq ki, “Kaan” Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15