Bazar ertəsi, 06 May

“WhatsApp”da yeni funksiya tətbiq olunacaq

image

“WhatsApp”da mesencer istifadəçilərini profilindən fotoların yayılmasından qoruyan funksiya tətbiq olunacaq.

Məlumata görə, tərtibatçılar avatorların (profil şəkli) skrinşotlarının çəkilməsini qadağan etməyə hazırlaşırlar.

Qeyd olunub ki, beş il əvvəl mesencerdən istifadəçilərə profil şəkillərini saxlamaq imkanı verən funksiya silinib. Bu funksiyanın silinməsi istifadəçilərin xəbəri olmadan konfidensial istifadəçi məlumatlarını qorumaqla əsaslandırılıb. İndi “WhatsApp”ın “Android” üçün 2.24.4.25 beta versiyasında profil şəkillərinin skrinşotlarını bloklayan funksiya var.

Profil şəklinizin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını qeyd edən bildiriş görünür. Oxşar məhdudiyyətə bank proqramlarında və ya “Telegram” mesencerində də rast gəlmək mümkündür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15