Cümə axşamı, 02 May

Avdeyevkada dəhşətli itki: rus bloger özünü güllələdi 

image

“Bizə Yaninadan yazırlar” Teleqram kanalının rəhbəri, rusiyalı hərbi bloger Andrey Morozov özünü güllələyib. 

Xəbər verilir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. 

Məlumata görə, “Murz” ləqəbli bloger öz kanalında rusların Avdeyevkadakı dəhşətli itkilərindən bəhs edən yazı paylaşıb. Həmin yazıdan sonra Vladimir Solovyov da başda olmaqla, rusiyalı təbliğatçılar ondan həmin yazının silinməsini tələb ediblər, hətta hədə-qorxu da gəliblər. Bu barədə bloger ölümündən qabaq paylaşdığı məlumatda da qeyd edib. 

Qeyd edək ki, Morozov 2014-cü ildən Donbas separatçılarının tərəfidə döyüşüb. Bir müddət öncə o öz kanalında paylaşdığı məlumatda rusların oktyabr ayından bəri Avdeyevkada 16 min itki verdiyini yazmışdı. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15