Cümə axşamı, 02 May

Qaz bahalaşacaq - Açıqlama

image

Dünya yaxın illərdə qaz çatışmazlığı ilə üzləşəcək. Bunu Qətərin dövlət naziri və "QatarEnergy"nin rəhbəri Saad əl-Kaabi deyib. Əl-Kaabinin sözlərinə görə, qiymət artımları uzunmüddətli perspektivdə bazarı məhv edir və istehsalçılara sağlam istehlakçı və sağlam tələbat lazımdır. Məlum olduğu kimi, ölkəmizin əsas ixrac məhsullarından biri də məhz qazdır. Bəs görəsən gözlənilən qaz çatışmazlığı Azərbaycan qazının qiymətinə təsir göstərəcək?

Mövzu ilə bağlı danışan Elşad Məmmədov qaz böhranının əsasən Avropada özünü göstərəciyini qeyd edib.

“Avropa Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən qaz qıtlığı ilə üzləşir. Asiya qitəsində isə tamamilə fərqli vəziyyətdir. Bu ilin nəticələrinə görə Rusiyadan Çinə 30 milyard kubmetr qaz ixrac olunacaq. Avropa maye qazına daha çox üstünlük verməyə məcbur olur. Azərbaycan uzunmüddətli razılaşmalar əsasında öz qazını həm Türkiyə, həm Gürcüstan, həm də Avropaya ixrac edir. Bunlar bizim qaz nöqteyi-nəzərindən əsas satış bazarlarımızdır. Avropa üçün enerji daşıyıcıları baxımından Azərbaycanla əməkdaşlıq olduqca önəmlidir”.

Ekspert Azərbaycan qazının qiymətinin bahalaşa biləcəyini vurğulayıb.

“Qiymətlə bağlı dəyişikilik razılaşmalardan asılıdır. Qısamüddətli müqavilələr əsasında birjalardakı vəziyyətə əsasən qiymət formalaşdırılması nəzərdə tutulursa, onda qiymətlər kəskin dəyişir. Ancaq uzunmüddətli və kəmərlərlə daşınan qazın qiyməti daha sabit olur. Bu baxımdan düşünürəm ki, Azərbaycan qazının ixracatı ilə bağlı qiymətlərin dəyişməsinin şahidi ola bilərik. Nəticədə əgər kəskin qiymət dəyişikliyi olarsa, istənilən halda bu satışda da öz əksini tapır. Amma hesab edirəm ki, biz əsas olaraq qazın qiymətində sabitliyə üstünlük verməliyik. Qaz ixracatından əldə olunan valyuta daxilolmalarının sabitliyini qorumalıyıq. Ona görə də, Avopa qiymət barədə Azərbaycana qarşı qeyri-müəyyən yanaşma sərgiləsə, biz sözsüz ki, ixracatla bağlı alternativlər barədə düşünməliyik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15