Bazar, 05 May

Vaksin vurduranlara pul veriləcək

image

ABŞ-ın Kaliforniya ştatında əhalini koronavirus əleyhinə vaksin vurdurmağa təşviq etmək üçün ümumilikdə 116,5 milyon dollar mükafat veriləcəyi açıqlanıb.

Xəbər verilir ki, bu günə qədər 20 milyondan çox insanın peyvənd olunduğu ştatda vaksinasiyanı sürətləndirmək üçün mer Qavin Nevsom 4 iyundan etibarən pul mükafatları verəcəklərini bildirib.

Q.Nevsom kampaniya çərçivəsində 10 nəfərə 1,5 milyon dollar, 30 nəfər 50 min dollar və 2 milyon şəxsə isə 50 dollarlıq hədiyyə kuponu təqdim edəcəklərini qeyd edib.

Sərt tədbirlərin minimuma endiriləcəyi iyun ayının ortalarına qədər əhalinin 70 faizinin vaksinasiyasını hədəfləyən mer peyvəndləməni sürətləndirmək üçün ABŞ-ın digər ştatlarından daha çox vəsait ayrıldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Ohayo və Nyu York ştatlarında da vaksinasiyanı sürətləndirmək üçün müxtəlif mükafatlar verilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15