Çərşənbə axşamı, 07 May

“Bütün ümidimiz yalnız Rusiyayadır” – Köçəryan

image

“Biz danışıqların tamhüquqlu tərəfi deyilik, bütün ümidimiz yalnız Rusiyayadır”.

Xəbər verilir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, ölkələr arasındakı sərhəd demarkasiya edildikdən sonra tanınmış sayılır:

“Bu sərhəd bir çox yerdə dəqiqləşdirilməlidir və proses uzun müddətlidir. Uzun illərdir ki, Gürcüstanla da sərhəd demarkasiyası ilə məşğuluq. Bu olduqca problemli bir prosesdir, hər metr torpaq üçün danışıqlar aparılır. Ümumiyyətlə, sərhədin bir hissəsi çox tez təyin olunur, lakin ətrafında uzun danışıqların aparıldığı mübahisəli ərazilər var”.

Köçəryan vurğulayıb ki, bugünkü vəziyyət Ermənistan üçün əlverişsizdir. “Zəifləmiş vəziyyətdəyik və bizə təzyiq göstərmək qabiliyyətinə sahibdirlər. Hətta prosesə başlasaq, dizlərimizi yerdən qaldırıb danışıqlarda tamhüquqlu tərəfə çevrilənə qədər bu işi bitirməməliyik. Bu gün belə bir tərəf deyilik, bu gün bütün ümidlərimiz yalnız Rusiyayadır. Kim olursa-olsun, nə deyirsə-desin, oyun dərhal Rusiya Federasiyasının tərəfinə keçir.

Başqa bir təhlükəli məqam da var: əgər məsələ həll olunmursa, şüurlarda bu rəy yaranır ki, deməli, Rusiya bunu istəmir. Dərhal sui-qəsd nəzəriyyəsi işə düşür, baxmayaraq ki, yalnız sizin günahınız var. Məsuliyyəti başqalarının boynuna qoymaqda mövcud hakimiyyət ustalaşıb”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58