Çərşənbə axşamı, 07 May

Sərhəddəki təxribatın arxasında nə dayanır? - “Ərdoğanın səfərinə mane olmaq istəyirlər“

image

“Paşinyanın bu məsələdə əli yoxdur. Bu təxribatı Paşinyanın əleyhinə olan adamlar törətdirib.  Çünki sərhəd məsələlərinə dair məxfi danışıqlar getmişdi və bu danışıqlar prosesində  xeyli irəliləyişlər əldə olunub”.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynli Azərbaycan-Ermənistan sərhədində baş verən insident şərh edərkən deyib.

“Bu yaxınlarda Moskvanın himayəsində Nikol Paşinyanla Prezident İlham Əliyevin görüşündə sərhəd məsələsinə dair yeni bir sazişin imzalanması gözlənilirdi. Bu sazişin bəzi nüanslarını açıqlamışdılar ki, Naxçıvanın Kərki və Qazaxın yeddi kəndinin, Gorus və Kəlbəcərdə mövqelərin dəqiqləşdirilməsi öz əksini tapmalıdır. Buna narazılıq əlaməti olaraq sərhəddə provokasiya törədildi, oraya tank və bir neçə zirehli texnikanın, piyadaların döyüş maşını yeridildi, lakin Azərbaycan ordusu tərəfindən lazımi tədbir görüldü”,-deyə politoloq vurğulayıb.

Qabil Hüseynli təxribata səbəb olan ikinci bir məqamı-bəzi qüvvələrin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgəyə səfərini istəməməsini də diqqətə çatdırıb:

“Hətta açıqca bölgənin təhlükəli olduğunu, müharibənin yenicə bitdiyini, silahlı qüvvələrə nəzarət etmək imkanlarının olmadığını deyirlər və buna görə də belə səfərlərin baş tutmasının arzulanmadığını bildirirlər. Bunu Rusiyanın müəyyən dairələri, Ermənistanın isə hamısı deyir. Bu nöqteyi-nəzərdən həmin provokasiyalar bir növ Ərdoğanın səfərinə mane olmaq üçün də törədilə bilər. Hətta Rusiyanın Ərdoğanın bölgəyə səfər etməsini istəmədiyinə zərrə qədər də şübhəm yoxdur. Çünki Ərdoğanın bölgəyə səfəri Türkiyənin bölgədəki zəfərini bir daha təsdiqləyəcək. Bir qisim qüvvələrə göz dağı olacaq ki, bu bölgədə Azərbaycan-Türkiyə dostluğuna, birliyinə mane olacaq heç bir qüvvə yoxdur. Onlar hər hansı bir səfeh addıma əl atarsa, qarşılarında Türkiyə və Azərbaycanı görəcəklər. Ortada müxtəlif intriqalı, siyasi maraqları əks etdirən oyunlar oynanılır.

Bütün bunları nəzərə alaraq Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan gəlir. Bundan başqa, Qarabağ ətrafında həm Türkiyə, həm də Azərbaycan təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatları və yoxlamaları keçirilir. Yəni bölgə tam nəzarətdədir. Nəzərə almaq lazımdır ki, Ərdoğan kifayət qədər prinsipial şəxsdir. Belə şeylərlə onu geri çəkindirmək asan məsələ deyil”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58