Cümə axşamı, 02 May

Messinin ilk müqaviləsinin imzalandığı salfet hərraca çıxarıldı

image

Lionel Messinin 13 yaşında "Barselona" ilə ilk müqaviləsini bağladığı salfet hərracda 380 min dollardan başlayan qiymətə satılacaq.

Xəbər verilir ki, 2000-ci ilin dekabrında imzalanan salfetdə “Barselona”nın ovaxtkı direktoru Karles Rexaçın Messi ilə müqavilə imzalamaq öhdəliyi var.

Müqaviləni həmçinin İspaniya klubunun transfer məsləhətçisi Xosep Minquella və Messini tövsiyə edən menecer Horasio Qaqqoli imzalayıb.

Messi həmin müqavilədən bir ay sonra "Barselona"ya keçib və rekord vuran futbolçuya çevrilib.

O, 16 yaşında ilk oyununa çıxıb və Kataloniya klubunda 778 matçda 672 qol vurub.

Hazırda 36 yaşında olan Messi 10 La Liqa və dörd Çempionlar Liqası çempionu olub.

Salfet mart ayında Britaniyanın Bonhams hərrac evi vasitəsilə satışa çıxarılacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15