Cümə, 03 May

Qaraciyər xəstəliyinin çarəsi bu meyvə imiş - MÖCÜZƏ

image

Həkimlər qaraciyər piylənməsinə çox rast gəlindiyini və bunun hər 2 adamdan birində müşahidə edildiyini bildirir.

Xəbər verilir ki, Türkiyənin məşhur qidalanma və pəhriz mütəxəssisi Merve Bayram bu xəstəliyin müalicəsinin olmadığını vurğulayıb.

O bildirib ki, yeganə müalicə pəhriz və fiziki aktivliyi artıraraq həyat tərzini dəyişməkdir.

Həkim xüsusilə bir meyvənin qaraciyər piylənməsinin təbii müalicəsində mühüm rol oynadığına diqqət çəkib:

“Yüksək miqdarda antioksidant ehtiva edən zoğal ilə apardığımız 8 həftəlik araşdırma nəticəsində məlum oldu ki, bu meyvənin istehlakı bədən çəkisini, bədən yağ nisbətini və bel ətrafındakı yağları azaldır”.

Zoğal tibbdə müxtəlif xəstəliklərin qarşısının alınması və müalicəsi üçün istifadə olunur. Soyuqdəymə, qrip və sidik yolu infeksiyaları, ishal, qəbizlik, mədə-bağırsaq xəstəlikləri, öskürək, bronxit və şəkər xəstəliyində bu meyvədən geniş istifadə edildiyini bildirən M.Bayram zoğalın meyvəyə qırmızı rəng verən antosiyaninlərlə çox zəngin olduğunu ifadə edib. O əlavə edib ki, antosiyaninlər təbiətdə ən yüksək antioksidant tutumlu birləşmələrdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15