Cümə axşamı, 02 May

Argentinada aşkar edilən yeni dinozavr növünün qalıqları nümayiş olunub - VİDEO

image

Argentinada aparılan qazıntılar zamanı aşkar edilən yeni tip otyeyən dinozavrın qalıqları nümayiş olunub.

Mediada bununla bağlı kadrlar paylaşılıb.

Qeyd edək ki, yanvarın ilk günlərində Pataqoniyada 93-96 milyon il əvvəl Cənubi Amerikada yaşamış uzun boyunlu və ördək dimdikli yeni otyeyən dinozavr növü aşkar edilib.

Alimlərin sözlərinə görə, “Sidersaura marae” adlandıran yeni dinozavr dördayaqlı və uzun quyruqlu olub.

Qeyd olunub ki, əslində “Rebbachisauridae” ailəsinin nümayəndələri böyük ölçüdə olmayıb, ancaq “Sidersaura marae” onların arasında ən böyüyüdür. Nəhəng heyvanın çəkisi təxminən 15 tona, uzunluğu isə 20 m-ə çatıb.

Yeni növ öz adını kəşf edilmiş quyruq sümüklərinin ulduzvari formasından alıb - “Sider” latınca ulduz deməkdir. “Sidersaura marae”nin ilk qalıqları 2012-ci ildə aşkar edilib, bundan sonra ərazidə beşillik kampaniya keçirilib.

Neuken əyalətində aparılan işlər zamanı yeni növün fosilləri ilə yanaşı, nəhəng yırtıcı “Meraxes gigas”ın qalıqları da aşkar edilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15