Cümə, 03 May

Bu ölkədə 70 ildən sonra ilk dəfə spirtli içki satılacaq

image

Səudiyyə Ərəbistanı 70 ildən sonra ilk dəfə qanuni spirtli içkilər satmağa hazırlaşır. 

Xəbər verilir ki, ölkənin paytaxtı Ər-Riyadda səfirliklərin yerləşdiyi ərazidə açılacaq ilk içki mağazası yalnız qeyri-müsəlman diplomatlara satıla biləcək.

Bildirilir ki, bir diplomatın hər ay 40 litr spirtli içki və ya 80 litr şərab alması mümkün olacaq. Ölkədə yaşayan əcnəbilərə spirtli içki satışı ilə bağlı heç bir fərq olmayacaq.

Səudiyyə Ərəbistanında mövcud qanunlara görə, spirtli içki içən və ya saxlayan şəxslər cərimə, həbs və açıq şallaq kimi cəzalara məruz qalırlar.

Qeyd edək ki, ölkədə spirtli içki satışına qoyulan qadağa 1952-ci ildə kral Əbdüləzizin oğullarından birinin sərxoş halda Britaniya diplomatını güllələyərək öldürməsi ilə qüvvəyə minib. Körfəz ölkələrinin əksəriyyətində spirt istehlakı oxşar məhdudiyyətlərə məruz qaldığı halda, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə mehmanxanalarda, klublarda və barlarda 21 yaşdan yuxarı qeyri-müsəlmanlara spirtli içkilər satılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15