Cümə, 03 May

Soyuq havada necə qidalanmalıyıq? - Dietoloqdan Açıqlama

image


Sağlam yaşamağın açarı ilk növbədə insanın düzgün qidalanmasından asılıdır. Gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin gündəlik ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Bəs soyuq havalarda immun sistemimizi güclü saxlamaq üçün necə qidalanmalıyıq?

Dietoloq Əfsanə Əliyeva açıqlamasında bildirib ki, soyuq aylarda bədən temperaturunu normal həddə saxlamağa çalışarkən bədən daha çox enerjiyə ehtiyac duyur. Beləliklə, orqanizmdə yemək yemə istəyi artır:

"Yemək yemə istəyi artdığı üçün də yağlı, karbohidratlı, şəkərli qidalar daha çox istifadə olunur. Bu da bizim immunitet sistemimizə yaxşı təsir göstərmir və çəki artımına səbəb olur. Buna görə də, uzunmüddət toxluq hissi verəcək vitaminlərlə zəngin, antioksidantlı qidalara üstünlük verməliyik. Soyuq havalarada insanlar daha çox xəmir yeməklərinə üstünlük verirlər. Bu isə yanlışdır. Xəmir yeməkləri bizə toxluq hissi verir, lakin havaların soyuması ilə bağlı istər-istəməz bizdə hərəkət azalır. Hərəkət azaldığı üçün isə bu artıq çəkiyə gətirib çıxarır", - deyə dietoloq bildirib. 

Ə. Əliyeva deyir ki, gün ərzində az-az, sıx-sıx qidalanmağa çalışmalıyıq:
"Vitamin və mineral ehtiyacımızı qarşılayacaq meyvə və tərəvəzlərə daha çox üstünlük verməliyik. A vitanini, C vitamini, E vitamini ilə zəngin qidaları istehlak etmək lazımdır. Xüsusilə, tünd yaşıl, sarı, narıncı tərəvəzlərə, meyvələrə üz tutmalıyıq. Buraya ispanaq, qırmızı kələm, adi kələm, brokoli, bibər, turp, çuğundur, kök, limon daxildir".

Dietoloq səhər yeməyinin vacibliyini də diqqətə çatdırıb:

"Səhər yeməyinə gəldikdə isə, soyuq havalarda daha gec oyanırıq. Çaışmalıyıq yuxudan vaxtında oyanaq, səhər yeməyimizi vaxtında yeyək, mütləq şəkildə səhər yeməyindən imtina etməyək. Səhər yeməyində proteinli qidalara üstlünük vermək və karbohidratlardan uzaq durmalıyıq. Səhər yeməyində yumurta, süd və yulafdan sitifadə edə bilərik. Ən əsası səhər yeməyi də olsa göy-göyərtidən istifadə edək ki, immun sistemizi gücləndirsin".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15