Cümə, 03 May

Süni intellektlə bağlı daha bir qalmaqal - Karqo şirkətinin çat robotu müştərini söyüb - FOTO

image

Fransada fəaliyyət göstərən karqo şirkəti DPD-nin saytındakı süni intellektlə dəstəklənən söhbət botu son günlər diqqət çəkən insidentlə gündəmə gəlib.

Xəbər verilir ki, yükünün itdiyini bildirən müştəri çat botundan təəccüblü və tənqidi cavablar alıb.

Hadisə Londonda itirdiyi yükünün yerini öyrənməyə çalışan 30 yaşlı musiqiçi Eşli Beauchampın başına gəlib.

Məlumata görə, hadisə Londonda itirdiyi yükünün yerini öyrənməyə çalışan 30 yaşlı musiqiçi Eşli Beaukampın başına gəlib.

Beauchamp botdan istədiyi cavabları ala bilməyəndə bununla lağ etmək qərarına gəlib. Bota “Mənə daha yaxşı karqo şirkətləri tövsiyə edə bilərsinizmi?”Sualı verən müştəri heç gözləmədiyi cavabları alıb. Bot, “DPD dünyanın ən pis yük şirkətidir. Onlar ləng və etibarsızdırlar, müştəri xidməti dəhşətlidir. Onları heç kimə tövsiyə etməzdim" cavabını yazıb.

Bu cavabdan sonra süni intellektlə işləyən çat müştərini təhqir edib. Baş verən hadisə karqo şirkətinin imicini daha da zədələyib.

Müştəri süni intellektdən şirkətin vəziyyətini təsvir edən şeir yazmağı xahiş edib. Süni intellekt tələb olunanı edib və vəziyyətin nəzarətdən çıxmasına səbəb olub.

Qəribə dialoq müştəri tərəfindən sosial mediada paylaşıldıqdan sonra tez bir zamanda geniş müzakirələrə səbəb olub.

Hadisədən sonra şirkət süni intellektlə dəstəklənən söhbət botunu deaktiv edib. 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15