Bazar, 05 May

Bu ölkədə heyvanların vaksinasiyasına başlandı

image

Rusiyada COVID-19 virusu əleyhinə heyvanların vaksinasiyasına başlanılıb.

Xəbər verilir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") bəzi bölgələrdə veterinar klinikaların heyvanlar üzərində vaksinasiyaya başladığını açıqlayıb.

Qurum bildirib ki, “Carnivak-Cov” adı verilən vaksinə Avropa Birliyi ölkələri, Argentina, Cənubi Koreya və Yaponyadan maraq göstərilib.

Elm adamları virusun heyvandan insana keçdiyinə dair fakt qeydə almasalar da, dünyanın bəzi ölkələrində it və pişiklər arasında COVID-19 virusuna yoluxma aşkarlanıb. Bildirilir ki, vaksin virusa qarşı 6 aylıq immunitet yaradır.

Qeyd edək ki, hayvanlar üçün digər koronavirus vaksinini ABŞ-ın veterinar dərman firması "Zoetis" hazırlayır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15