Cümə axşamı, 02 May

Razi Əliyevanı döyən biznesmenin məhkəməsində gözlənilməz iddia

image

Model Raziyat Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsinin prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət müzakirə edilib.

Vəkilin vəsatəti qismən təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edə bilən hissələrdə məhkəmə qapalı keçiriləcək.

Prokuror Cövdət Mehrəliyev cinayət işinin ibtidai araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini qeyd edərək işin məhkəmə baxışına verilməsini istəyib.

Təqsirləndirilən Ziya Hüseynzadə isə həbsinin sifarişli olmasını iddia edib və bunu sübut edən sənədləri məhkəməyə təqdim edəcəyini deyib.

Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan edərək məhkəmə baxışını yanvarın 22-nə təyin edib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15