Cümə axşamı, 02 May

14 yaşlı oğlan uşaq evinin tualetindən qaçıbmış - Yenilənib

image

Bakıda 3 nəfər itkin düşüb.

Xəbər verilir ki, 2010-cu il təvəllüdlü C.Ağayev dünən saat 15:30 radələrində Xətai rayonu Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.

Bundan başqa 1995-ci il təvəllüdlü Əzizxanım Ağasiyeva Əzizxanım qızı və onun 2017-ci il təvəllüdlü qızı yanvarın 13-ü saat 15 radələrində yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsindəki evdən çıxaraq geri qayıtmayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

***

Xəbər verilir ki, uşaq evindən qaçan 14 yaşlı C. Ağayev tapılıb. Bu barədə 3 saylı uşaq evinin müdiri Gülnarə Quliyeva məlumat verib.

O bildirib ki, uşaq Abşeron rayonunda tapılıb: “Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Müvafiq qaydada polis əməkdaşları tərəfindən uşaq buraya gətiriləcək”.

Onun sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, uşaq yanvarın 13-də anası tərəfindən uşaq evinə gətirilib: “Elşadın özündən iki yaş böyük bacısı var. Uşaqların atası ortada yoxdur, əvvəl ana baxıb, sonra bibiyə verib. Bacısı artıq bir ildir ki, bizdədir, buraya adaptasiya olub. Ancaq oğlan adaptasiya ola bilmir, qaçır ki, anamı istəyirəm. Biz bibi ilə danışdıq ki, uşaqlar ortada qalmasınlar, aidiyyəti qurum vasitəsilə himayədar ailə proqramına daxil edək. Bibini razı salmışıq”.

Gülnarə Quliyeva qeyd edib ki, uşaq nənəsinin yanında olanda da qaçıb: “Bir dəfə də yanvarın 4-də nənəsinin yanında olanda qaçıb. Onu bizim əməkdaşlar tapıb gətiriblər. Əksər hallarda Abşeronda, Xırdalan tərəfdə, ya da metronun “Elmlər Akademiyası” stansiyası tərəfdə tapırıq uşağı. Anasını axtarmaq adı ilə o istiqamətlərə gedir. Uşaq özü pis uşaq deyil. Bacı-qardaş ikisi də yaxşı uşaqdır. Sadəcə, uşaqlara pis təsir edir ki, ailələri, doğmaları ola-ola niyə uşaq evinə qoyulurlar”.

Uşağın qaçmasına səbəb yaradan amilləri isə G.Quliyeva belə izah edib: “Bizim bağçanın binası köhnədir. 1970-ci ilin binasıdır. Bağçalara, pəncərələrə barmaqlıqlar vurmağa icazə yoxdur. Binanın quruluşu da elədir ki, pəncərədən düşmək asandır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15