Şənbə, 04 May

Mikayıl İsmayılovla xaricdəki bloggerləri nə birləşdirir? - VİDEO

image

Bir neçə ay əvvəl SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov 12 milyon manatlıq dələduzluq işində iştirak etməsi ilə gündəmə gəldi. Müxtəlif informasiya resurslarında dələduzluq əməlində Mikayıl İsmayılovun rolunun nə olması ilə bağlı bir sıra faktlara yer verildi. Lakin daha sonra qəribə şəkildə aparılan istintaq işində və məhkəmə prosesində Mikayıl İsmayılovun adı çəkilməməyə başladı. Əvvəllər vitse-prezident haqqında ciddi faktlar yayımlayan media qurumları da Mikayıl İsmayılov barəsində susmağı üstün tutdular.

Bu işdə əsas səbəb kimi, Mikayıl İsmayılovun onun haqqında müxtəlif hökümət tərəfindən maliyyələşən resurlarda yazılar yazan media orqanlarının rəhbərlərinə 10 və 30 min manat arası “qonarar” verməsi göstərilirdi. Bu “qonararlar” nəticəsində 12 milyonluq dələduzluq işində Mikayıl İsmayılovun adı hallanmamış və belə demək mümkünsə özünü təmizə çıxarmağa nail olmuşdu.

Həmin dövrdə SOCAR-ın avtomobil oliqarxı ilə bağlı daha bir iddia da gündəmdə idi. Müxtəlif büdcə malipulyasiyaları ilə milyonlarla vəsaiti ələ keçirən Mikayıl İsmayılovun “prezidentə xəyanət edən şəxslər”lə əlaqədə olduğu qeyd olunurdu. Yazılarda bu şəxslərin kim olduğu qeyd olunmasa da verilən mesaj Mikayıl İsmayılov tərəfindən alınmışdı. Dərhal da bu qəbildən olan yazılar saytlardan yığışdırıldı və bir daha bu məsələ gündəmə gəlmədi.

Təsadüfi deyil ki, Mikayıl İsmayılovun biznesləri, mənimsəmə faktları və qaranlıq əməlləri ilə bağlı müxtəlif saytlarda uzun müddətdir ki, məlumatlar tirajlanır. Lakin bu cür yazıların heç biri Mikayıl İsmayılovu yuxarıda adını çəkdiyimiz iddialar qədər narahat etmir.

SOCAR-ın “qara kassası”nı qorxudan səbəb nədir?

İlk öncə qeyd edək ki, Mikayıl İsmayılovun qaranlıq fəaliyyəti birbaşa SOCAR-la bağlıdır. O, milyonlarla manat vəsaiti məhz SOCAR-da icra etdiyi mənimsəmə əməliyyatları vasitəsilə ələ keçirib. Mikayıl İsmayılov bu yolla əldə etdiyi pulların offşor hesablar vasitəsilə xaricə çıxarılmasını təmin edib. Evlər kralı kimi tanınan Mikayıl İsmayılov mənimsədiyi vəsaitlə özünə biznes şəbəkələri, şirkətlər və daşınmaz əmlak imperiyası yaradıb.

Məhz bu səbəblə SOCAR-da baş verən maliyyə maxinasiyalarının və korrupsiya faktlarının işıqlandırılması birbaşa Mikayıl İsmayılovun hədəfə çevrilməsi deməkdir. Çünki şirkətdəki bu qaranlıq işləri həyata keçirən və bu işlərdən ən çox xeyir götürən elə Mikayıl İsmayılovun özüdür.

İkinci nəzərdən keçirməli olduğumuz amil isə bu qədər qaranlıq işlərə, korrupsiya faktlarına və maliyyə fırıldaqlarına baxmayaraq SOCAR-ın media qurumları tərəfindən hədəf alınmamasıdır. Başa düşüləndir ki, ölkə daxili media qurumları SOCAR-ın geniş imkanlarını nəzərə alaraq şirkəti hədəf almaqda ehtiyat edir. Lakin Azərbaycan oxucusuna xitab edən media resursları təkcə ölkə daxilində fəaliyyət göstərmir.

Xaricdə yaşayan və Azərbaycan baş verən hadisələrə dərhal reaksiya verməyi bacaran, müxtəlif şəxslərin və qurumların korrupsiya faktlarını tirajlayan bloggerlər də mövcuddur. Uzun müddətdir Azərbaycandan kənarda fəaliyyət göstərən müxtəlif şəxslər tərəfindən məmurlar və şirkətlər hədəf alınır. Bu şəxslər müxtəlif korrupsiya əməlləri və qaranlıq məqamları tirajlamaqla müxtəlif qurum və şəxsləri gündəmə gətirməyi bacarırlar.

Xaricdəki bloggerlərin maliyyələşməsində Mikayıl İsmayılov izi

Lakin son aylarda qəribə şəkildə bəzi şəxslərin də SOCAR və SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov haqqında susmağı üstün tutduqları müşahidə olunur. Sosial şəbəklərdə yayılan və birbaşa Mikayıl İsmayılovla bağlı olan milyardlarla manat vəsaitin mənimsənilməsinə xaricdəki bəzi bloggerlərin bu cür reaksiyası isə bəzi şübhələrə əsas verir.

Mikayıl İsmayılovun bir çox media resurslarını susdurmaq və özü ilə bağlı məlumatların yayımlanmasının qarşısını almaq üçün rüşvət metodikasından istifadə etdiyi məlumdur. Eyni zamanda o, SOCAR-ın hədəf alınmasının və şirkətdəki qanunsuzluqların işıqlandırılmasının birbaşa özünü hədəfə çevirəcəyini də yaxşı başa düşür. Hər zaman SOCAR rəhbərliyini qabağa verərək, özünü qorumağa çalışır. Məhz bu faktlar xaricdə fəaliyyət göstərən bəzi bloggerlərin Mikayıl İsmayılov tərəfindən oxşar qaydada maliyyə vəsaiti ilə təmin edildiyini göstərir. Bu işdə əsas məqsəd isə özünü hədəfə çevirə biləcək məlumatların və iddiaların qarşısını almaqdır.

Bildiyimiz kimi, xaricdə fəaliyyət göstərən bloggerlərdən bəziləri, Orxan Ağayev və Manaf Cəlilzadə son aylar ərzində SOCAR-ın vitse-prezidenti haqqında hər hansı məlumatlara yer verməkdən boyun qaçırır. Əksinə, tamamilə fərqli mövzulara və şəxslərə yönəlməklə Mikayıl İsmayılovun gündəmdən çıxarılmasında yaxından iştirak edirlər. Adı çəkilən şəxslərin nə üçün Mikayıl İsmayılovu hədəf almadıqları, onun fəaliyyəti ilə bağlı paylaşılan faktlara və iddialara qarşı laqeyd münasibətləri tərəflər arasında müəyyən razılaşmanın olduğunu göstərir.

Bu qənaət nə üçün bir sıra bloggerlərin biznes imperiyası qurmuş Mikayıl İsmayılov haqqında bir cümlə belə səsləndirmədiyini izah etməyə imkan verir. Mikayıl İsmayılovun SOCAR adı altında gördüyü qaranlıq işlər, mənimsədiyi milyardlar çoxlarına məlumdur. Lakin yenə də Mikayıl İsmayılov haqqında danışılmırsa, deməli aidiyyatı şəxslər susmalarının qarşılığını artıqlaması ilə alıblar.

Mikayıl İsmayılovun bu bloggerlər ilə əlbir olmaq üçün nə qədər pul xərclədiyi isə məlum deyil. Lakin bloggerlərə verilən maddi vəsaitlə Mikayıl İsmayılovun onlara başqa şəxsləri və qurumları da hədəf almağı tapşırdığını da ehtimal etmək olar. Əsas məqsəd isə əvvəl olduğu kimi Mikayıl İsmayılovu gündəmdən çıxarmaq və başqa şəxsləri hədəfə çevirməklə diqqəti onun qanunsuz əməllərindən yayındırmaqdır.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15