Cümə, 03 May

Bakıda 29 yaşlı oğlanı öldürən şəxs xalası oğlu imiş - TƏFƏRRÜAT + FOTO

image

Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qohumu tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəbər verilir ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Məlumata görə, qətlə yetirilən Etibar Fətəliyev Yusif İsmayılovun xalası oğlu olub. 1995-ci il təvəllüdlü Etibar Zərdab rayonunun Pərvanlı kənd sakinidir.

Qeyd edək ki, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15