Çərşənbə axşamı, 14 May

Diqqət: Qəhvə ilə konyakı qarışdırmayın

image

Bir çox insan qəhvəyə konyak əlavə edərək içkinin effektini ikiqat artırır.

Xəbər verilir ki, cərrah Aleksandr Umnov bu qarışımın ürək və böyrəklərə təsirindən danışıb.

“Belə təhlükəli “kokteyli” daha çox kişilər içir. Təsəvvür edin, 1 içkidə kofein və etanol birləşir. Bu maddələr damarlara fərqli təsir edir.

Nəticədə damar spazmı baş verir, kimin ürəyində tıxanma, damarlarında tromb varsa, miokardın işi pozulur. Eləcə də beyin və böyrəkləri yükləyir, hətta belə içkidən sonra böyrək iflası, insult və infarkt ola bilər.

Qəhvə ilə konyak gənc adamlarda ürək çatışmazlığı, aritmiya, təzyiqin yüksəlməsi, böyrək çatışmazlığı yarada bilər. Nevroloji xəstəliklərdə nevroz və təşviş pozuntusu zamanı da bu içki olmaz.

Bu zaman yuxu pozuntusu, davranış pozulması, psixozlar olur”, - Umnov qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00