Cümə axşamı, 02 May

Rusiya təyyarələrinin Yəmən üzərində uçuşu qadağan edilib

image

Federal Hava Nəqliyyatı Agentliyi ABŞ koalisiyası tərəfindən bombardman edilən bölgədəki gərgin vəziyyətə görə Rusiya aviaşirkətlərinin Yəmən ərazisi üzərində uçuşlarına qadağa qoyub. 

Xəbər verilir ki, bu barədə departament öz Telegram kanalında məlumat yayıb.

“Yəməndə baş verən hadisələr və uçuşların təhlükəsizliyi üçün yaranmış risklərlə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyi bu dövlətin hava məkanından Rusiya Federasiyasının mülki təyyarələrinin uçuşları (o cümlədən tranzit) üçün istifadəsini qadağan edib”, – mətndə deyilir .

Xatırladaq ki, yanvarın 12-də ABŞ Yəmənə zərbələr endirib və bunu husilərin Qırmızı dənizdə Amerika esmineslərinə hücumlarına cavab adlandırıb. Silah anbarları, buraxılış qurğuları, hava hücumundan müdafiə radarları və istehsalat obyektləri atəşə tutulub - ümumilikdə 60-dan çox hədəf vurulub. Amerikalılar 100-dən çox mərmi atıblar. Rusiya hücumu pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Husi Ənsar Allah hərəkatının rəhbərliyi Amerikanın atəşi nəticəsində beş nəfərin öldüyünü bildirib .

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15