Bazar, 05 May

Çindən göndərilən blok qatar Bakı Limanına çatıb - FOTO

image

Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı Limanına çatdırılıb.

Bakı Limanından verilən məlumata görə, 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri qida məhsulları təşkil edib.

İdxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə gətirilən yüklər Bakı Limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.

Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15