Şənbə, 04 May

Gigi Hadid evlənir - Fotolar

image

Bir müddətdir tanınmış aktyor Bredli Kuperlə sevgili olan dünyaca məşhur model Gigi Hadid ərə gedir.

Xəbər verilir ki, cütlük münasibətlərini ciddiləşdirmək qərarına gəlib. 

Belə ki, “Snayper”, “Limitsiz” və “Trickster” filmləri ilə tanınan Bredli Kuper sevgilisi ilə anası Qloriya Kampanonu bir araya gətirib. Onların Santa Monikadakı bir restoranda nahar etməsi cütlüyün münasibətlərinin ciddiliyi ilə bağlı fikirləri təsdiqləyib. 

Qeyd edək ki, Gigi Hadid daha əvvəl uzun müddət müğənni Zeyn Maliklə sevgili olub. Belə ki, onların bu münasibətdən 2021-ci ildə bir qızları dünyaya gəlib. 28 yaşlı model daha sonra isə Leonardo Di Kaprio ilə birlikdə idi.

Bredli Kuperin isə model İrina Şeyklə münasibətindən 6 yaşlı Lea De Seine adlı bir qızı var. Cütlük ayrılsa da, tez-tez görüşür və tətilə çıxırlar.

 






 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15