Şənbə, 20 Aprel

Azərbaycanlı ailə ABŞ hökumətinə qarşı 7 milyon dollarlıq dələduzluq edib - FOTO

image

Azərbaycanlı ailə dələduzluq yolu ilə ABŞ hökumətindən 7,4 milyon dollar alıb.

Aftafa.tv xəbər verir ki, hadisə Ohayo əyalətində baş verib. Belə ki, Kələntərovlar ailəsi ABŞ hökumətinin koronavirus pandemiyası səbəbilə fermerlər üçün nəzərdə tutduğu güzəştli kreditlərdən faydalanmaq üçün, saxta yollarla onlarla yaşayış yerini əkinçilik ərazisi kimi göstərərək 7 milyon 447,4 min dollar məbləğində yardım alıblar. Bu müddətdə sözügedən ailə kreditləri almaq üçün 53 dəfə aidiyyəti qurumlara müraciət edib.

Altı ailə üzvündən ikisi – Aydın Kələntərov və Günay Kələntərli yanvar ayının 25-də Kaliforniyada həbs olunub.

Ohayo prokurorluğundan bildirilib ki, ailənin digər üzvləri Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli və Kandi Rodriqez də pandemiya səbəbilə dəstək verən Kiçik Ticarət İdarəsinə qarşı etdikləri dələduzluğa görə müvafiq maddələrlə ittiham olunurlar.

Hazırda istintaq gedir və Ohayo hüquq-mühafizə orqanları Kələntərovlar ailəsinin dələduzluq yolu ilə ələ keçirdikləri vəsaiti bərpa etməyə çalışır.

Aftafa.tv

http://aftafa.tv/M0/1/2021/03/images/20210323_135310_1616493190_09561b765f.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20