Bazar ertəsi, 06 May

Ukraynalı hərbçilər döyüşməkdən İMTİNA EDİR

image

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Dnepr çayının sol sahilindəki Krınki kəndi uğrunda döyüşə getməkdən imtina edirlər. 

Xəbər verilir ki, bu barədə "Strana.ua" nəşri bir neçə ukraynalı zabitə istinadən məlumat yayıb. 

Zabitlərin sözlərinə görə, bir çox əsgər sözügedən kənd uğrunda döyüşmək istəmirlər. Onlar bildiriblər ki, bu tapşırığın həyata keçirilməsinin mümkünlüyü həm əsgərlər, həm də zabitlər üçün “sirrdir” ki, onların arasında müxtəlif səbəblərdən cəbhə bölgəsinə göndərilməyənlər də var.

"Hazırda bu  kənddə gizlənməyə heç bir yer yoxdur, səmada çoxlu sayda rus pilotsuz təyyarələri var, bütün məkan görünür və Ukrayna hərbçiləri peyda olan kimi artilleriya onları atəşə tutmağa başlayır. Buna görə də, əsgərlərimiz ya qaçır, ya da təslim olurlar", - KİV zabitlərin sözündən sitat gətirib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15