Çərşənbə axşamı, 14 May

Əri barışmağa görə azərbaycanlı müğənniyə “Ağ şəhər“də ev bağışladı

image

“Həyat yoldaşım Famildən ayrılmaq istəyirdim. Sonra onun peşman olduğunu və məni sevdiyini hiss elədim. Onsuz da məni sevdiyini bilirdim və buna şübhəm də yox idi. Amma soyuqluğu var idi. Ayrılmağım bir dərs oldu, istədim ki, bu addımımla hər şey düzəlsin”.

Xəbər verilir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.

Həyat yoldaşı, iş adamı Famil Xəlilovla əvvəlcə ayrıldığını sonra isə barışdığını açıqlayan sənətçi bildirib ki, bu barışığın şərəfinə əri ona “Ağ şəhər”də yeni tikili binada ev hədiyyə edib:

“Barışmağımıza görə Famil mənə hədiyyə verib. Amma o böyük bir hədiyyə deyil. Ərim mənə “Ağ şəhər” ərazisində yerləşən yeni tikili binaların birində mənzil hədiyyə alıb”.

Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00